Bu şirkət 450 mindən çox avtomobilini geri çağırır

16 Noyabr 2019 19:05

Yaponiyanın tanınmış "Nissan" avtomobil konserni ABŞ və Yaxın Şərqdən 450 mindən çox avtomobilini əyləc mayesinin sızmasına görə geri çağırır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu nasazlığın yanğın törətmək təhlükəsi olduğu bildirilir.

Həmin avtomobillərin 436 mini ABŞ və Kanadadan, 8 mini isə Yaxın Şərqdən geri çağırılacaq.

Milli.Az