Azərbaycanda tələbə qız ailəli taksi sürücüsü ilə QAÇDI - Gözlədim, Yeganə gəlmədi - FOTO

16 Noyabr 2019 13:01

Xaçmazda 11 gün öncə yoxa çıxan tələbə qız axtarılır.

Milli.Az xəbər verir ki, Yeganə adlı qızının tapılması üçün anası "Səni axtarıram"a müraciət edib. 

Ana iddia edib ki, qızı ailəli olan İntiqam adlı taksi sürücü ilə birgə yoxa çıxıb:

"Qızım dərsə gedəndə yoxa çıxıb. Deyə bilmərəm İntiqam onu zorla aparıb, mən yanlarında olmamışam ki. İkisi də yoxa çıxıb. Mən gedib dayanmışam institutun qabağında. Gözlədim, Yeganə gəlmədi, telefonuna zəng çatmırdı. Sonra mənə uşaqlar zəng edib dedilər ki, "Xala, mavi rəngli taksi ilə gəlirdi. Bəlkə o aparıb. Ondan sonra gördüm ki, ona (İntiqam) zəng çatmır. Mən polis şöbəsinə məlumat verdim. İntoiqamın arvadı orada deyib ki, "Mənim ərim harada olsa, qayıdacaq evə"". 

Məhəmməd Vaqif
Milli.Az