Sumqayıtda zavodda zəhərlənənlərin səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

16 Noyabr 2019 13:41

13:41

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.

----------
12:32

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.

Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az