Elçin Əlibəyli televiziya ilə vidalaşdı

16 Noyabr 2019 11:28

Aparıcı Elçin Əlibəyli televiziyadan gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcı özü məlumat yayıb. Belə ki, Əlibəyli "Space" kanalında yayımlanan "El bizim, sirr bizim" proqramında açıqlama verib.

"Son sözümü söyləyirəm. Bu, mənlə sizin son görüşümüzdür. Sənətimə, peşəmə dəyər verdiyim üçün "sənətin, peşənin aşağılandığı yerdə olmaram" şüarını irəli sürürəm. Televiziya ilə vidalaşıram" sözlərini deyib.

Milli.Az