Avro bölgəsinin ən böyük ikinci iqtisadiyyatı yavaşlayacaq

17 Noyabr 2019 19:01

Fransa Mərkəzi Bankı tərəfindən çərşənbə axşamı günü verilən məlumata görə, Fransanın iqtisadi artımı il sonunda qlobal yavaşlamanın sənayeyə mənfi təsir etməsilə yüngülcə "soyuyacaq".

Milli.Az marja.az-a istinadən bildirir ki, Fransa, Avro Bölgəsinin ən böyük ikinci iqtisadiyyatıdır.

Fransa Mərkəz Bankına görə, Fransanın ümumi daxili məhsulu dördüncü rübdə 0.3% deyil 0.2% artacaq.

Fransa, durğunluğa girmə ehtimalı olan Avro Bölgəsinin ən böyük iqtisadiyyatı Almaniya ilə müqayisədə hələ yaxşı vəziyyətdədir.

Milli.Az