Zaqatalada bərbərxana yanıb

15 Noyabr 2019 16:04

Zaqatalada yanğın faktı qeydə alınıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 29 m² olan bərbərxananın lambirindən ibarət tavanı 20 m² sahədə yanıb. Bərbərxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az