Hamilə qadın huşunu itirənə qədər döyüldü - FOTO

15 Noyabr 2019 15:34

Hamilə qadın huşunu itirənə qədər döyülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində baş verib.

Tramvayda 41 yaşlı sərxoş kişi hamilə qadını o qədər döyüb ki, qadın huşunu itirərək yıxılıb.

Bu hadisə nəzarət kamerasına düşüb.

Qadın xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən polis tərəfindən tutulub.

Milli.Az