İranın atom bombası əldə etməsinə az qalır?

15 Aprel 2010 13:01
Milli.Az xəbər portalının "İnterfaks"a istinadən yaydığı məlumata görə, bu fikirlər ABŞ Senatında İran probleminə dair keçirilən dinləmələrdə səsləndirilib.

ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri hesab edir ki, Tehran uranın zənginləşdirilməsini bu templə davam etdirərsə, cəmi 1 ildən sonra nüvə silahı istehsalına kifayət edəcək zənginləşdirilmiş urana sahib çıxacaq: "Amma bu halda da hələ atom bombasının istehsalı və sınaqdan keçirilməsi üçün müəyyən vaxta ehtiyac olacaq".

Milli.Az