NATO ölkələri 5 ədəd "Global Hawk" dronu alıb

15 Noyabr 2019 08:28

NATO ölkələri 5 ədəd "Global Hawk" pilotsuz uçuş aparatı alıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda sənaye forumunda çıxış edərkən deyib.

Baş katibin sözlərinə görə, əldə edilən 5 pilotsuz uçuş aparatı yaxın zamanda İtaliyanın Siqonelle bazasından havaya qalxmağa başlayacaqlar.

Milli.Az