Əhmədlidə kafe yandı

15 Noyabr 2019 07:35

Bakı şəhərinin Xətai rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Əhmədli qəsəbəsində "Bakı" kafesi yaxınlığında digər bir kafe yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.

Milli.Az