İndoneziyada 7 baldan çox zəlzələ oldu - Sunami gözlənilir

14 Noyabr 2019 22:43

İndoneziyanın Şimali Maluku əyalətində 7,4 bal gücündə zəlzələ olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, təkanlar əyalətin Jailolo kəndindən 137 kilometr şimalında 73 kilometr dərinlikdə meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Milli.Az