TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO

14 Noyabr 2019 18:44

Sloveniyanın mərkəzi Lyublyanada magistral yolda sürətlə gələn avtomobil TIR-a çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, zərbə nəticəsində yağışdan islanmış yolda idarəetməni itirən TIR 20 metr yüksəklikdəki körpüdən aşıb.

Bu hadisə nəzarət kamerasına düşüb.

Xoşbəxtlikdən TIR-ın arxasındakı tankerdə yandırıcı maddə olmayıb.

Hər iki sürücü yaralanıb.

Milli.Az