Əli Həsənov: “Azərbaycan Rusiya ilə əlaqələrə böyük önəm verir”

15 Aprel 2010 12:52
Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, ölkələrimiz bu və ya digər sahələrdə maraqlarını uyğunlaşdıra biliblər: "Bu, ilk növbədə ondan irəli gəlir ki, həm Rusiya Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi baxır, həm də Azərbaycan Rusiyanı bölgənin böyük dövləti və Azərbaycanın dostu və tərəfdaşı kimi dəyərləndirir, onunla əlaqələrə xüsusi önəm verir. 2001-ci ildə Rusiyanın keçmiş prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əsası qoyulan və Heydər Əliyevlə keçirdiyi görüşlərdə bilavasitə israr etdiyi strateji tərəfdaşlıq münasibətləri bu gün də inkişaf edir".

/APA/