“Səhihi-Buxari”də və “Səhihi-Müslim”də neçə hədis vardır?

19 Noyabr 2019 23:50

Əhli-sünnənin ən mötəbər hədis məcmuələrindən sayılan "Səhihi-Buxari" 7563 hədisdən ibarətdir. Lakin eyni hədislər bir neçə yerdə qeyd edildiyi üçün, təkrarları çıxdıqdan sonra 2600-ə yaxın hədis qalır. Bütün hədislər 101 kitabda (bölmə) toplanmışdır. Buxari kimi, Muslim də öz "Səhih"ini kitablara ayırıb. Ümumilikdə 55 kitabdan ibarət olan "Səhihi-Müslim"də də 7563 hədis vardır; bunların içindən təkrarları çıxsaq, təqribən 4000 hədis qalar.

Milli.Az islam.az-a istinadən bildirir ki, hər iki kitabda müştərək hədislər çoxdur. Bəzi alimlər iki kitabdakı müştərək hədisləri ayıraraq, onları bir yerə toplamışlar. Bu istiqamətdə klassik alimlərdən Hümeydi, İşbili və İbn əl-Xərratın əsərləri diqqətəlayiqdir. XX əsrdə də bəzi tədqiqatçılar bu istiqamətdə çalışmış və dəyərli əsərlər yaratmışlar.

Milli.Az