2021-ci ildə ictimai bulud həllərinin bazar payı 300 milyarddan çox olacaq

19 Noyabr 2019 21:40

İctimai bulud həlləri xidmətlərinin bazar payı sürətlə artacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Gartner şirkətinin proqnozunda deyilir.

Məlumata görə, ötən il sözügedən sahənin bazar payı 196,7 milyard dollar olub. Cari ildə isə bu rəqəm 15-16% artaraq 227,8 milyard dollar olacaq.

Sözügedən sahənin 99,5 milyardı SaaS (xidmət təmin edən proqram) platformasının bazar payına düşəcək. 43,7 milyardı BPaaS (biznes-proses xidmətləri) həllərinin, 40,3 milyardı IaaS (infrastruktur xidmətləri) seqmentinin, 32,2 milyardı PaaS (xidmət platforması) sisteminin, 12 milyardı isə idarəetmənin və xidmət sferasının təhlükəsizliyinin payına düşəcək.

Proqnozda qeyd olunur ki, ictimai bulud həllərinin ümumi bazar payı 2020-ci ildə 266,4 milyard, 2021-ci ildə 308,5 milyard, 2022-ci ildə isə 354, 6 milyarda çatacaq.

Milli.Az