Süni intellekt münsif rolunda çıxış etdi – VİDEO

19 Noyabr 2019 22:10

Süni intellekt münsif rolunda çıxış edərək "Omniknight"ı "Dota 2"nin ən gözəl qəhrəmanını seçib.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən obraz süni intellekt tərəfindən 10,7 balla qiymətləndirilib.

İkinci yeri 10,5 balla Drow Ranger və Phantom Assassin tutub. Mirana üçüncü, Naga Siren dördüncü, Luna beşinci, Queen of Pain isə altıncı sırada yer alıb.

Lakin süni intellekt digər qəhrəman Lo-nun üzünü tanıya bilməyib. Süni intellekt 3 ən dəhşətli obraz olaraq isə Faceless Void, Bloodseeker və Sven-ni seçib. Sıradakı iki obraz 0,1 balla, sonuncusu isə 0,2 balla qiymətləndirilib.

Qeyd edək ki, süni intellekt müxtəlif oyun obrazlarının üzlərini skaner vasitəsilə təhlil edərək qiymətləndirib.

Milli.Az