Apple ilin 3-cü rübünə olan gəlirini açıqladı

19 Noyabr 2019 23:45

Apple şirkəti bu ilin üçüncü rübündə əldə etdiyi maliyyə gəlirini açıqladı.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət bu ilin üçüncü rübündə 64 milyard dollar gəlir əldə edib.

Bununla da, Amerika Birləşmiş Ştatlarına məxsus şirkətin gəliri 2% artaraq tarixinin ən yüksək qazancını əldə edib.

Şirkətin Şimali və Cənubi Amerikada 29,3 milyard dollarlıq satışı olub. Avropada bu rəqəm 14,946 milyard, Çində 11,134 milyard dollar, Yaponiyada 4,982 milyard dollar, Asiya-Sakit okean regionlarında isə 3,656 milyard dollara çatıb.

Milli.Az