"Borclu abunəçilərlə bağlı məsələ məhkəmə yolu ilə həll edilir" - "Azəristiliktəchizat"

14 Noyabr 2019 13:11

Hazırda Azərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi əhali abunəçiləri üzrə 90%, kommersiya müəssisələri üzrə isə 100%-dir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfrasında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, bu gün istilik sistemi elə qurulub ki, istilik xəttləri bir evdən digər evə keçir və buna görə də borclu abunəçilərin istilik təchizatını dayandırmaq mümkün deyil: "Bunu yalnız məhkəmə yolu ilə edə bilirik".

Milli.Az