Röya- Hüsniyə qalmaqalı bitdi - VİDEO

14 Noyabr 2019 12:12

Xalq artisti Röya Ayxanla aparıcı Hüsniyə Məhərrəmova arasında davam edən soyuqluq bitib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni üç il bundən əvvəl "5-ci element" proqramında yaranan söz davasından sonra Hüsniyənin proqramında qonaq olub.

Röya "Bir Aztv" verilişinin çəkilişlərində iştirak edib. O, görüntülərini instaqram səhifəsində paylaşıb.
 
Xatırladaq ki, aparıcının "5-ci element" verilişində qonaq olan sənətçiyə ünvanladığı suallar qarşı tərəfi əsəbiləşdirib. Hüsniyə Röyanın eyni üslubda oxumağını tənqid etmişdi. Sənətçi isə sözügedən açıqlama ilə razılaşmamışdı.

Milli.Az