İranda dəhşətli qəza: 28 nəfər öldü, 26 yaralı var

14 Noyabr 2019 10:18

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan-Xaş yolunda iki pikap avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, yerli vaxtla gecə saat 02:30 radələrində baş verən hadisə nəticəsində 28 nəfər həlak olub.

Yol qəzasında, həmçinin 26 nəfər yaralanıb.

Təşkilat rəsmisi yol qəzasında həlak olan və yaralananların Əfqanıtan vətəndaşları olduğunu deyib.

Milli.Az