Millimiz Lixtenşteynə qalib gəldi - YENİLƏNİB

14 Noyabr 2019 20:20

20:20

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığmasını qəbu edib. Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk turunda səfərdə bu rəqibinə eyni hesabla uduzan milimiz məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Komandamızın yeganə qələbəsi isə Slovakiya ilə görüşdə olub.

14 noyabr

Avro-2021-in seçmə mərhələsi

2-ci qrup
 
18:00. Azərbaycan - Lixtenşteyn - 1:0 
Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. "Sumqayıt Arena"

-------

17:01

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu üçün start heyətlər açıqlanıb.

Milli.Az xəbər verir ki, komandalar meydana aşağıdakı 11-lik-də çıxacaq:

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 15. Ömər Buludov, 17. Doğukan Öksüz, 18. Hüseyin Seyliğli, 21. Barış Ekincier

Lixtenşteyn: 1. Armando Mayer, 4. Manuel Mikus, 5. Fabian Unterrayner, 6. Simon Lüxinger, 7. Andrin Netser, 8. Noah Frommelt (k), 9. Menderes Kaqlar, 10. Noah Frik, 13. Rafael Qrünenfelder, 18. Bencamin Foqt, 20. Roman Spiriq

----------

09:24

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığmasını qəbu edəcək.

İlk turunda səfərdə bu rəqibinə 0:1 hesabı ilə uduzan milimiz məğlubiyyətin əvəzəini çıxmağa çalışacaq.

Qeyd edək ki, Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Komandamızın yeganə qələbəsi isə Slovakiya ilə görüşdə olub.

14 noyabr
Avro-2021-in seçmə mərhələsi
2-ci qrup

 
18:00. Azərbaycan - Lixtenşteyn
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. "Sumqayıt Arena"

Milli.Az