İbrahimoviç "Los Angeles Galaxy"dən ayrılır

14 Noyabr 2019 08:58

ABŞ-ın "Los Angeles Galaxy" futbol klubunun İsveçli hücumçusu Zlatan İbrahimoviç komandadan getdiyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə 38 yaşlı idmançı "İnstagram"da bildirib.

Hücumçunun klub ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatır.

Z.İbrahimoviç bildirib: "Gəldim, gördüm, qalib oldum. Məni yenidən diri hiss etdirdiyim üçün "Los Angeles Galaxy"yə təşəkkür edirəm".

Qeyd edək ki, Z.İbrahimoviç 2018-ci ildə İngiltərənin "Mançester Yunayted" klubundan "Los Angeles Galaxy" yə keçib.

Milli.Az