"Sədərək"də qəza: "Hyundai" "Mercedes"in üzərinə çıxıb

13 Noyabr 2019 18:34

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzində qeydə alınıb. Adıçəkilən ərazidə dairədə baş verən qəzada "Hyundai" "Mercedes"in üzərinə çıxıb.

Qəzada ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Milli.Az