Xalq artisti ilə aparıcı arasında QALMAQAL - Efiri TƏRK ETDİ: Çox ağır ittiham... - FOTO

13 Noyabr 2019 15:29

"Səni axtarıram"ın məşhur ekspertlərindən biri canlı efiri yarımçıq tərk edib.

Milli.Az xəbər verir ki, verilişə çıxan bir qadın övladlığa götürdüyü qızının keçmiş həyat yoldaşı tərəfindən İranda qanunsuz şəkildə saxlanıldığını iddia edib.

"Övlad"ı üçün efirdə gözyaşı tökən qadına verilişin ekspertləri müxtəlif məsləhətlər veriblər. Kuliminasiya isə Xalq artisti Əjdər Həmidovun adı ilə bağlı olub. Belə ki, Xalq artistinin qadına dediyi "Doğma övladınız deyilsə neynirsiniz o uşağı?" sözlər efirdə qalmaqala səbəb olub.

Xoşqədəm Hidayətqızı 66 yaşlı aktyorun bu fikrinə "Əjdər müəllim, siz kəlmənizlə övladlığa götürülənlərin qəlbini param-parça etdiniz" sözləri ilə münasibət bildirib.

Aparıcının ardınca ekspert Kəmalə Ağazadə isə Əjdər Həmidovun fikirlərinə "Bu verilişdə bioloji valideyinini axtarmağa gələn uşaq var. Çox ağır bir ittiham oldu" ifadələri ilə reaksiya verib.

Xalq artisti efirdə onun ünvanına söylənilən bu fikirlərə "Mən o qadına demək istəyirdim ki, bu zülmü çəkmə. O, onsuzda sənin doğma övladın deyil. Lazım deyildi də mənə hücum çəkmək" cavabını verdikdən sonra studiyanı əsəbi halda tərk edib.

Məhəmməd Vaqif
Milli.Az