Biləsuvarda 10 yaşlı piyadanı avtomobil vurub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mərkəzi Bazarın önündə qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Aydın Əliyevi vurub.
A.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az