Binanın girişində kişi meyiti tapıldı

12 Noyabr 2019 20:12

Mingəçevirdə binanın girişində meyit tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsində qeydə alınıb.

Həmin ünvandakı binalardan birinin girişin naməlum kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1954-cü il təvəllüdlü Həsənov Cümşüd  Yusif  oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az