Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib

12 Noyabr 2019 19:46

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.

Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.

İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücuma məruz qalan gəmidə 35 nəfər olub.

Milli.Az