3 gün əvvəl tutulan reper həbsxanada öldü

12 Noyabr 2019 20:30

"Bad Azz" ləqəbi ilə tanınan reper Cammar Antonio Stamps həbsxanada dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 43 yaşlı reperin dostu və həmkarı Snup Doq İnstaqram səhifəsində yazıb: "Rahat uyu, mənim gənc dostum".

Qeyd edək ki, Stamps 3 gün əvvəl məişət zorakılığına görə həbs edilmişdi. Onun hansı səbəbdən öldüyü açıqlanmır.

Milli.Az