Masaj salonu fahişəxana çıxdı - 74 min manat ələ keçirildi - VİDEO - FOTO

12 Noyabr 2019 17:57

Türkiyənin İzmir şəhərində masaj salonunda qadınların fahişəlik etdikləri barədə məlumatdan sonra polis sözügedən "obyekt"də əməliyyat keçirib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Çeşmə qəsəbəsində yerləşən masaj salonuna edilən basqın zamanı oradan 250 min lirə (74 min manat) ələ keçirilib. Saxlanılan 14 nəfərdən ikisi sərbəst buraxılıb.

Salondan fahişə qadınlarla müqavilə sənədləri də aşkar edilərək götürülüb.

Məhəmməd Vaqif
Milli.Az