Deputatdan təklif: "Regionlarda ipoteka faizi aşağı salınsın"

12 Noyabr 2019 17:45

İndiyə qədər tikilən sosial evlərə marağın böyük olduğunu nəzərə alaraq, ölkədə belə evlərin tikintisini artırmaq lazımdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat Azərbaycanın regionlarında da sosial evlərin tikilməsini zəruri hesab edib: "Maliyyə Nazirliyinə təklif edirəm ki, həm paytaxda sosial evlərin tikintisini artırsın, eyni zamanda regionlarda belə evlərin tikintisinə başlanılsın".

Deputat, həmçinin ipoteka kreditlərinin faizlərinə yenidən baxılmasını təklif edib: "Hesab edirəm ki, paytaxtda və regionlarda ipoteka faizinin dəyişməsi məqsədəuyğundur. Regionda əhalinin gəliri paytaxtdakı qədər deyil. Ona görə də regionlarda ipoteka faizlərinin aşağı salınmasını təklif edirəm".

Milli.Az