Bakıda “bomj” alkoqol zəhərlənməsindən öldü

12 Noyabr 2019 18:10

46 yaşlı kişi alkoqoldan zəhərlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində tüfeyli həyat tərzi yaşayan, 1973-cü il təvəllüdlü Ağdaş rayon sakini Cəsarət Ağaməmmədov gecə saatlarında alkoqol zəhərlənməsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olub və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az