Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO

12 Noyabr 2019 19:00

Bərdədə baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri kameraya düşüb. 

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, yola çıxmaq istəyən "Mercedes" markalı avtomobil "Niva" ilə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən "Niva" "KamAZ"a çırpılaraq aşıb. 

Hadisə nəticəsində sürücülər yüngül xəsarətlər alıb. 

Milli.Az