“Yuventus”da narazılıq - Ronaldu üzr istəsin!

12 Noyabr 2019 18:45

"Yuventus"un futbolçusu Kriştianu Ronaldunun A Seriyasının 12-ci turunda "Milan"la görüşdəki hərəkəti komanda yoldaşlarının narazılığına səbəb olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubunun futbolçuları Ronaldunun onlardan üzr istəməsini gözləyir.

"Yuventus"un portuqaliyalı hücumçunu cəzlandırmaycağı dəqiqdir. Ancaq klubun idman direktoru Fabio Paratiçi futbolçunun agenti Jorje Mendeşə bildirib ki, bu mövzü ilə bağlı Ronaldu ilə danışsın.

Xatırladaq ki, Ronaldu "Milan"la görüşün 54-cü dəqiqəsində Paulo Dibala ilə əvəzlənib. O, baş məşqçi Mauritsio Sarrinin bu qərarına etiraz olaraq birbaşa paltardəyişmə otağına yollanıb və oyun bitməmiş stadionu tərk edib. "Yuventus"a qələbə gətirən yeganə qolu isə 77-ci dəqiqədə Dibala vurub.

Milli.Az