Turun ən yaxşısı "Qəbələ"li oldu

12 Noyabr 2019 18:56

"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 11-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Milli.Az xəbər verir ki, bu, 319 göstərici ilə "Qəbələ"nin yarımmüdafiəçisi Merab Qiqauridir.

Gürcü futbolçu "Səbail"ə qarşı görüşdə (3:0) 90 dəqiqə meydanda olub. 

Milli.Az