İngiltərədə qalmaqal - Sterlinq millidən kənarlaşdırıldı

12 Noyabr 2019 20:26

İngiltərə millisinin üzvü Rahim Sterlinq Avro-2020-nin seçmə mərhələsində Monteneqro ilə oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçisi millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə dalaşdığı üçün heyətdən kənarlaşdırılıb.

Bildirilir ki, "Mançester Siti"nin heyətində İngiltərə Premyer Liqasının 12-ci turunda "Liverpul"a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşlı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.

Sterlinq baş verənlərdən sonra üzr istəyib.

Qeyd edək ki, İngiltərə - Monteneqro oyunu noyabrın 14-ü keçiriləcək.

Milli.Az