Bakının bu rayonunda su olmayacaq

12 Noyabr 2019 11:50

Bakının bu rayonunda su olmayacaq.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, Nizami rayonu ərazisində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 12-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az