Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi

12 Noyabr 2019 10:53

Ucar rayonunda qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb.

Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən N.Səfərov saxlanılıb.

Milli.Az