Sərnişin qatarları toqquşdu: 16 nəfər ölüb, 50 nəfər yaralanıb - YENİLƏNİB

12 Noyabr 2019 12:36

12:36

Banqladeşdə iki qatar toqquşub.

Milli.Az bildirir ki, APA-nın "bdnews24" internet nəşrinə istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, sərnişin qatarlarının üzbəüz toqquşması nəticəsində 16 nəfər ölüb, 50 nəfər yaralanıb.  

Qəza noyabrın 12-də səhər Çittaqonq vilayətinin Brahambariya dairəsindəki dəmiryolu stansiyasına baş verib.

İlkin məlumata görə, qatarlardan birinin maşinisti qarşıdan şəhərlərarası sərnişin qatarının yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb, nəticədə toqquşma baş verib.   

Qəza yerinə təcili yardım, polis və Banqladeşin dəmiryolu naziri gəlib.  

Hadisənin araşdırılması ilə xüsusi istintaq qrupu məşğuldur.

Xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimalı var.

----------
12:35

Banqladeşdə iki sərnişin qatarı toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 12 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəza yerli vaxtla saat 02:00-da ölkənin paytaxtı Dəkkə şəhərindən təxminən 109 kilometr aralıda baş verib.

Milli.Az