Azərbaycanda DƏHŞƏT: ata oğlunu bıçaqladı

11 Noyabr 2019 18:34

Zərdabda ata oğlunu bıçaqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb. Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az