Windows 10-da böyük yenilənmə gözlənilir

15 Noyabr 2019 07:51

Windows 10 20H1 - gələn il premyerası olacaq böyük yenilənmələrin Top 10-luğunda yer alacaq. Microsoft şirkəti "Disk Təmizləmə" alətini əhatə edəcək dəyişiklikləri nəzərdə tutub.

Disk təmizlənməsi illərdir bizimlə olan bir alətdir. Ancaq Windows 10 20H1 ilə birlikdə "Yükləmələr" qovluğunun təmizlənməməsini təmin edən bir dəyişiklik reallaşdıracaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Yükləmələr" qovluğunda internetdən yüklənən sənədlər yığılır. Bir qayda olaraq, biz həmişə onları silmək istəmirik, amma hazırda "Disk Təmizləmə" yardım proqramı bizə bunu etməyi də təklif edir. Windows 10 20H1-də bu qovluq artıq "Disk Təmizləmə" proqramı tərəfindən görünməyəcək və beləliklə, təsadüfən lazım olan məlumatları itirməyəcəyik.

Milli.Az