Süni intellekt 2029-cu ildə insan zəkası ilə müqayisə oluna bilər

15 Noyabr 2019 08:41

Amerika Birləşmiş Ştatlarının Merrill Lynch bankı insan həyatını dəyişdirəcək və sənayeyə təsir edə biləcək gələcəyin texnologiyalarını araşdırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, araşdırmaya əsasən kvant kompüterləri klassik kompüterlərin milyard illər ərzində həll edəcəyi problemi daha qısa zamanda həll edə bilər. 6G mobil rabitə şəbəkəsinin sürəti isə 400Gb/s-dən üstün ola bilər. Eyni zamanda, bankın tədqiqatlarına görə, nanosputniklər bütün planeti internetlə təmin edə bilər. Elektromobillərin istehsalı üçün isə quru ilə müqayisədə okeanın dibindən 3 dəfə daha çox kobalt əldə etmək olar.

Sözügedən qurum süni intellekt barəsində də proqnoz verib. Proqnoza görə, süni intellekt 2029-cu ildə insan zəkası ilə müqayisə oluna bilər.

Milli.Az