Jack Ma – ən zəngin çinli milyarder

15 Noyabr 2019 08:35

Milyarder Jack Ma Çinin ən zəngin iş adamlarının reytinqində ilk yeri tutub. Onun sərvəti 38,2 mlrd. dollar olub. Keçən ilin analoji siyahısı ilə müqayisədə Ma-nın kapitalı 3.6 mlrd.dollar artıb.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, ikinci yeri keçən ildə də olduğu kimi "Tencent Holdings" şirkətinin qurucusu Ma Xuaten tutub. Forbes onun sərvətini 36 mlrd. dollar dəyərləndirib. Bununla belə, Ma Xuaten martda dərc olunan dünyanın ən zəngin iş adamlarının Forbes reytinqində Jack Ma-dan qabaqda olub. Bu iki milyarder dünya siyahısında ard-arda yerləşirblər: Ma Xuaten 20- ci, Jack Ma isə 21-ci yeri tutub.

Reytinqdəki çinli iş adamlarının sərvətinin ümumi məbləği 1,29 trln. dollara çatıb. İnkişaf əsasən Çində məhsullara tələbin artması sayəsində olub.

Milli.Az