Quranın latın dilinə ilk tərcüməsi təqdim olunub

14 Noyabr 2019 22:55

BƏƏ-də Şərca əmirliyində keçirilən 38-ci kitab sərgisinə gələnlər Quranın latın dilinə ilk tərcüməsinin nadir nüsxəsini yaxından görə biləcəklər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tərcümə Robert Keton tərəfindən əlyazma Quran əsasında 1143-cü ildə İngiltərədə edilmişdır. "Martin Lüter, 400 il əvvəl Robert Ketondan Quranın latınca tərcüməsinin nüsxəsini əldə edərək bir şəxsdən onu redaktə etməyi tapşırmışdır", - deyə Avstriyanın Nadir Kitablar Fondundan araşdırmaçı Hyuqo bildirir. Tərcümədə bir çox səhvlər var. Tərcümə, Qərb alimləri üçün Quranın əlçatan edilməsi üçün edilmişdir. Bu tərcümə uzun müddət Avropada Quranı öyrənmək üçün yeganə mənbə olmuşdur. Xatırladaq ki, BƏƏ-nin Şərca şəhərində 38-ci Beynəlxalq Sərgi oktyabrın 30-dan noyabrın 9-dək keçiriləcəl.

Milli.Az