“Fujifilm” “Xerox”- la birgə şərik olduğu biznesdən 2.3 mlrd. dollarlıq pay alacaq

17 Noyabr 2019 19:50

Yaponiyanın Fujifilm korporasiyası Amerikanın Xerox şirkətinə məxsus Fuji Xerox-un səhmlərinin 25%-ni alacaq və beləcə payını 100%-ə çatdıracaq. Fujifilm həmçinin, Xerox-un 51%-ni Xerox International Partners-dən əldə edəcək. Əməliyyatın məbləği 2.3 mlrd. dollardır. Razılıq hər iki şirkətin direktorlar şurasının rəğbətini qazanıb.

Əməliyyat çərçivəsində Fujifilm həm də 1 mlrd. dollarlıq iddianı geri götürəcək - şirkət bu məbləği birləşdirilmənin bir tərəfli dayandırılmasına görə ziyanın qarşılığında təzminat olaraq Xerox-dan götürmək istəyib. Belə ki, 2018-ci ilin yanvarında Fujifilm və Xerox birləşmək barədə bildiriblər, amma mayda  Xerox  səhmdarların  tələbinə görə razılıqdan imtina edib.

Milli.Az