Azərbaycanda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO

11 Noyabr 2019 12:59

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan "VAZ-2106" markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Milli.Az