Telman Adıgözəlovla vida mərasimi evində olacaq
15 Aprel 2010 11:46
Məlumatı Milli.Az xəbər portalına Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov verib. Onun sözlərinə görə, bu qərarı aktyorun ailəsi verib. Saat 15:00-da başlayacaq vida mərasiminin 2 saat davam edəcəyi bildirilir.
İ.Hümbətov deyib ki, vida mərasimində aktyorun ailə üzvləri, yaxınları ilə birlikdə nazirliyin əməkdaşları da yaxından iştirak edəcəklər. Lakin nazir Əbulfəs Qarayev Bakıda olmadığından mərasimə qatıla bilməyəcək.
Xatırladaq ki, Telman Adıgözəlov 1953-cü ildə Balakən rayonunda anadan olub. İncəsənət Universitetinin məzunu olan aktyor 1980-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışır. Aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı", "Xurşudbanu Natəvan", "Mahnı dağlarda qaldı", "Közərən ocaqlar" tamaşalarını qeyd etmək olar. Eyni zamanda o, "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular" televiziya tamaşalarında, həmçinin, "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm" kimi filmlərdə oynayıb.
Xədicə
Milli.Az
Uyğun link:
Telman Adıgözəlov vəfat etdi