Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı tank əleyhinə batareya" adı uğrunda yarış keçirilib - VİDEO - FOTO

10 Noyabr 2019 23:20

Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı tank əleyhinə batareya" adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, fərdi və qrup halında normativlərin götürüldüyü yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Yarışın ümumi nəticələrinə əsasən özüyeriyən tank əleyhinə raket kompleksi batareyası birinci olub.

Milli.Az