Əfqan ordusu Taliban komandirini məhv etdi

10 Noyabr 2019 15:34

Əfqanıstanın Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə aviazərbələr endirərək Loqar əyalətində hakimləri öldürən Taliban komandirini zərərsizləşdiriblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı Vaisuddin adlı Taliban komandiri ilə birlikdə daha 3 terrorçu öldürülüb.

Milli.Az