Bakiyevi daş-qalaq etdilər
15 Aprel 2010 11:37
Milli.Az xəbər portalı "İnterfaks"a istinadən xəbər verir ki, səhər saatlarında tərəfdarları ilə birlikdə Oşa gələn Bakiyev burada mitinq keçirmək istəsə də, yerli əhali buna imkan verməyib. Onlar Bakiyevi daş-qalaq ediblər və nəticədə devrilmiş dövlət başçısı mitinq planlaşdırdığı meydandan qaçmalı olub.
Mitinqin keçirildiyi meydana əvvəlcə Bakiyevin tərəfdarları toplaşıb. Lakin bir qədər sonra onun əleyhin olan insanlardan ibarət qrup əraziyə gələrək, prezidentin çıxış edəcəyi tribunaya hücum çəkib. Bakiyevin mühafizəsi havaya atəş açmalı olub və prezident dərhal yaxınlıqdakı teatrın binasına aparılıb. Oradan avtomobilinə əyləşərək ərazini tərk edən prezidentin maşını daş-qalaq edilib.
Bəzi məlumatlara görə, Bakiyev bu gün Qırğızısrtanı tərk etmək haqda düşünür.
Milli.Az