Bundesliqa klubunda baş məşqçi istefası

9 Noyabr 2019 23:21

Almaniya Bundesliqa təmsilçisi "Köln" baş məşqçisi Axim Bayerlorzerlə yolları ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,   komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən bu addım atılıb. "Köln"ü müvəqqəti olaraq Andre Pavlyak və Manferd Şmidin çalışdıracağın bildirilib.

Qeyd edək ki, Almaniya klubu  hazırda 7 xalla 17-ci pillədə qərarlaşıb.

Milli.Az